Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycan və Özbəkistan arasındakı münasibətlər tarixi köklərə əsaslanır

0

  •        Son iki ildə ağır sınaqlardan keçən Azərbaycan postpandemiya və postmüharibə dövründən sonra əsas diqqəti bütün dünyanı ağuşuna almış iqtisadi böhranın aradan qaldırılmasına və erməni vandalları tərəfindən işğal altındakı ərazilərimizdə vəhşicəsinə​ törətdikləri dağıntıların bərpasına yönəltsə də prioritet sahə olaraq xarici siyasətdə də mühüm addımlar atmaqdadır. Ölkəmizdə müxtəlif sahələri əhatə edən beynəlxalq festivalların, forumların keçirilməsi, ayrı - ayrı ölkə rəhbərlərinin Azərbaycana səfərləri, ölkə başçısı cənab İlham Əliyevin xarici ölkələrə səfərləri xarici siyasətin respublikamız üçün önəmli faktor olduğunu bildirir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu yaxınlarda Özbəkistan respublikasına səfəri bu qəbildən olan tədbirlərdən biri idi.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​        21 iyun 2022 - ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin dost və qardaş Özbəkistana səfəri hər iki ölkə üçün mühüm əhəmiyyət kəsb edən bir səfər kimi tarixin yaddaşına keçmişdir. Ölkə rəhbərinin qarşılanmasından tutmuş ta yolasalınma mərasiminə qədər, səfər bayram əhval-ruhiyyəsində keçmişdir. Təbii ki, belə də olmalı idi. Dost gəlişi bayram olar deyib atalarımız. Azərbaycan və Özbəkistan arasındakı münasibətlər tarixi köklərə əsaslanır və iki qardaş ölkə daim beynəlxalq müstəvidə bir - birilərinə dəstək olmuşlar.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​                Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan respublikasına səfərindən bir gün öncə Daşkənddə Özbəkistan - Azərbaycan Biznes forumu keçirilmişdir. Forumun yekununda 500 milyon dollardan yuxarı dəyərində sazişlər və ticarət müqavilələri imzalanıb. Bağlanmış sazişlər və​ ticarət müqavilələri hər iki ölkənin bütün sahələrdə əməkdaşlıqda maraqlı olduqlarının göstəricisidir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​       İyunun 21 - də Azərbaycan və Özbəkistan respublikalarının prezidentləri arasında geniş tərkibli görüş olmuşdur. Görüş zamanı hər iki ölkəni maraqlandıran məsələlər üzrə fikir mübadiləsi aparılmışdır. Görüşdən sonra "Azərbaycan respublikası ilə Özbəkistan respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə" imzalanmışdır. Bəyannaməni Azərbaycan Respublikası adından Ölkə Başçısı İlham Əliyev, Özbəkistan Respublikası adından Özbəkistanın Dövlət Başçısı Şavkat Mirziyoyev imzalamışlar. Eyni zamanda nazirlər səviyyəsində də müxtəlif sahələri əhatə edən əməkdaşlıq haqqında müqavilələr imzalanmışdır.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​  ​ ​ ​ ​ ​ ​ İyun ayının 22 - də, səfərin ikinci günündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə getmişdir. Ürgənc hava limanında Azərbaycan Prezidentini Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən qarşılanması iki ölkə arasındakı qardaşlıq münasibətinin nə qədər əhəmiyyətli olmasına işarə idi. Ümumiyyətlə cənab İlham Əliyevin​ Ürgənc səfəri bayram əhval - ruhiyyəsində keçdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qardaş Özbəkistana səfəri iki ölkə arasındakı münasibətlərin inkişafına təkan verəcəkdir. Bu isə nəticədə hər iki ölkənin ümumi inkişafına xidmət edəcəkdir.​ ​ ​ ​ ​ ​ ​ ​Lamiyə Qarayeva,Xocalı rayon gənci
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi2 il öncə
    İzlənib37 dəfə
    Azərbaycan Özbəkistan arasındakı münasibətlər tarixi köklərə əsaslanır

    Maraqlı gələ bilər
    43
    58
    28